Nərimanov rayonunda, Əliəşrəf Əlizadə küçəsində 3 otaqlı mənzil satışa təqdim olunur!
28 May metro stansiyasına piyada cəmi 10 dəqiqəlik məsafədə, Yaşıl Bazarın və 177 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən yeni tikili 11 mərtəbəli binanın 7-ci mərtəbəsində, ümumi sahəsi 116 kv.m olan 3 otaqlı, təmirsiz mənzil satışdadır.
Mənzil geniş və olduqca əlverişli layihəyə malikdir. Geniş otaqları və düzgün planlaşdırılması sayəsində yeni sahibi mənzili öz zövqünə uyğun olaraq yüksək səviyyəli dizayn və keyfiyyətli materiallarla təmir edərək ideal yaşayış məkanına çevirə bilər.
Mənzil yeni tikili binada yerləşir. Hazırda sənədi müqavilədir. Binanın yeni olması ilə əlaqədar olaraq çıxarışın yaxın zamanda verilməsi gözlənilir.
Bina müasir infrastruktura malikdir və ətrafında gündəlik yaşayış üçün zəruri olan bütün obyektlər mövcuddur. Əlverişli yerləşməsi, geniş sahəsi və perspektivli investisiya imkanı ilə mənzil həm şəxsi yaşayış, həm də yatırım üçün ideal seçimdir.
Daha ətraflı məlumat əldə etmək və mənzilə baxış keçirmək üçün qeyd olunan əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Ofis xidmət haqqı: 1%.