Bayılın ən prestijli lokasiyasında, dənizə ən yaxın xəttlərdən birində, Bayraq meydanı ilə üzbəüz, Bayıl parkına və İçərişəhər metrosuna çox yaxın məsafədə ideal planlamaya sahib mənzil satışa təqdim olunur.
Mənzil ideal mərtəbədə yerləşir, dənizə və Bayıl qəsəbəsinə mənzərəsi var. Tam yelçəkən proyektdir. İki sanitar qovşaq var. Mənzil təmirsiz olduğundan proyektdə istədiyiniz dəyişiklikləri edə və həmçinin zövqünüzə uyğun təmir və dizayn edə bilərsiniz.
Bina 1982ci ildə tikilmişdir. Bütün infrastrukturlar yaxınlıqda yerləşir. Binanın geniş həyəti var və həmçinin bütün ərazidə parklanma ödənişsizdir.
Qaz, su və işıq daimidir. Liftlər yenilənib.
Mənzilin bütün sənədləri qaydasındadır, alqı-satqıya tam hazırdır.
Təcili satıldığından münasib qiymətə təklif olunur. Real alıcı ilə qiymətdə razılaşmaq olar.
Ətraflı məlumat və baxış üçün birbaşa mənimlə əlaqə saxlaya bilərsiniz.