📍 1 Saylı ASAN Xidmət Mərkəzinin tam qarşısı –Hesen Əliyev küçəsi
Şəhərin ən prestijli və əlverişli ərazilərindən birində, 1 Saylı ASAN Xidmət Mərkəzinin tam qarşısında, 17 mərtəbəli yeni tikili binanın 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, studiya tipli, 100 kv.m sahəyə malik, tam təmirdən yeni çıxmış mənzil kirayə verilir.
Mənzildə olan bütün mebel və məişət texnikası tamamilə yenidir. Yaşayış üçün lazım olan hər bir şərait yüksək səviyyədə təmin edilib. Mənzildə:
✅ Paltaryuyan maşın
✅ Qabyuyan maşın
✅ Soyuducu
✅ Kondisioner
✅ Studio tipli geniş mətbəx
✅ Keyfiyyətli mebel və digər məişət avadanlıqları mövcuddur.
Mənzil işıqlı, geniş və zövqlə təmir olunub. Sadəcə şəxsi əşyalarınızı gətirib rahat şəkildə köçə bilərsiniz.
Kompleks şəhərin ən əlverişli nöqtələrindən birində yerləşir. Ətrafda marketlər, restoranlar, apteklər, banklar, məktəblər və digər bütün iaşə və xidmət obyektləri fəaliyyət göstərir. İctimai nəqliyyata rahat çıxış imkanı mövcuddur.
💰 Aylıq kirayə haqqı: 1.250 AZN
50 AZN komendant ödənişi qiymətə daxildir, əlavə komendant haqqı ödənilmir.
Qeyd: Mənzil yalnız səliqəli, uzunmüddətli qalacaq ailələrə və ya xarici vətəndaşlara kirayə verilir. Digər müraciətlərə baxılmayacaq.
📞 Real müştərilər əlaqə saxlaya bilər.